Banqladeş Zaker Partiyasının sədri İlham Əliyevi təbrik edib


Banqladeş Zaker Partiyasının sədri Mostafa Amir Faisal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yeniavaz.com xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

8 Noyabr – Zəfər Günü münasibətilə Sizə və Azərbaycan xalqına Banqladeş Zaker Partiyası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Əminəm ki, Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə Yeni Azərbaycan Partiyası və Azərbaycan daim inkişaf yolu ilə irəliləyəcək, ölkəniz gələcəkdə də tərəqqi və əmin-amanlıq şəraitində yaşayacaq.

Azərbaycan və Banqladeş xalqları arasında uzunmüddətli dostluq münasibətləri mövcuddur. Ümid edirəm ki, bu münasibətlər genişlənəcək və gələcək illərdə daha da zənginləşəcək, Asiya qitəsində yerləşən regionumuzun bütün ölkələrində Azərbaycan və Banqladeş dövlətlərinin birgə səyləri ilə hər zaman sülh və tərəqqi təşviq ediləcək.

Əminəm ki, Yeni Azərbaycan Partiyası və Banqladeş Zaker Partiyası ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişafına xidmət edən yaxşı əməkdaşlıq əlaqələri quracaqlar.

Sizə möhkəm cansağlığı, Yeni Azərbaycan Partiyasına uğurlar, ölkənizə və xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

Top