DİN deputatın qohumunun saxlanılması ilə bağlı iddialara münasibət bildirib


"İddiaların təfərrüatından məlumatsız olduğumuz üçün konkret cavab verə bilmirik, kimdən, nədən bəhs edildiyi bəlli deyil".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev, deputat Tahir Kərimlinin qohumunun polis əməkdaşları tərəfindən saxlanılması iddialarına münasibət bildirərkən deyib.
Qeyd edək ki, deputat T.Kərimli noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı parlamentdə çıxışlarından sonra Şamaxıda yaşayan qohumlarından birini polis saxlayaraq yoxladığını deyib.

DİGƏR XƏBƏRLƏR

Top