Dünyanın aparıcı avtomobil istehsalçılarından olan Cənubi Koreyanın “Kia Motors” korporasiyasının Azərbaycandakı rəsmi distribütoru “Kia Motors Az” MMC Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, məhkəmə (Hazırlıq) iclası 08.12.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə keçiriləcək.
Məlumat üçün bildirək ki, hüquqi ünvanı Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bəşir Bünyadov, ev 11–də yerləşən “Kia Motors Az” MMC 21.09.2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2400 manat olan “Kia Motors Az” MMC -nin qanuni təmsilçisi Səfərov Əşrəf Səxavət oğludur.
Qeyd edək ki, “Kia Motors Az” Müdafiə Nazirliyini alqı-satqı müqaviləsi üzrə mübahisələrə görə məhkəməyə verib.