Amnistiya Aktının neçə nəfərə aid ediləcəyi AÇIQLANDI


Hazırkı Amnistiya Aktı 4 bölmə, 45 hissədən ibarətdir.
Yeniavaz.com
xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib.
Onun sözlərinə görə, birinci bölmədə akt şamil edilən şəxslərin siyahısı, ikinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü bölmədə aktın qüvvəyə minməsi, 4-cü bölmədə isə icra prosesi göstərilir:
“Bütün statistik məlumatlar tədqiq edildi və 5800 məhkuma, probasiya üzrə isə 8800 nəfərə amnistiya şamil edildi. Amnistiyanın şamil edildiyi 17 min nəfərdən, 15 mini ədliyyə orqanları tərəfindən icra olunacaq. Bu Amnistiya Aktı genişliyi ilə seçilir”.

DİGƏR XƏBƏRLƏR

Top