Ərdoğan Yunanıstan qəzetini məhkəməyə verdi


Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın “Dimokratia” qəzetini sentyabr ayında dərc etdiyi manşetə görə məhkəməyə verib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, bu barədə Türkiyə hökuməti məlumat yayıb. Verilən məlumata görə, “Dimokratia” qəzetinin başlığında Ərdoğana qarşı təhqiramiz ifadələr yer alıb və Türkiyə hakimiyyəti təxribatda ittiham edilib. Sözügedən hadisədən sonra Ərdoğan qəzetin redaktorlarını və jurnalisti məhkəməyə verib.
Qeyd edək ki, qəzetin yüksək vəzifəli şəxslərinə qarşı açılan iddia ilə bağlı Yunanıstan hökuməti Ərdoğana dəstək verib.

DİGƏR XƏBƏRLƏR

Top