Tovuzda kanaldan azyaşlı meyiti tapılıb


Tovuz rayonunda kanaldan azyaşlı oğlanın meyiti tapılıb.
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, bir neçə dəqiqə öncə rayonun Aburbəyli kəndinin kənarından keçən kanaldan 4-5 yaşlı oğlan uşağının cəsədi tapılıb.
Bir neçə saat öncə kənd sakinlərindən birinin övladı olan uşağın oynayarkən kanala yıxılaraq boğulduğu bildirilir. Hazırda uşağın kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top