Polşa yüzlərlə miqrantı Belarusla sərhədə geri qaytarır - VİDEO


Polşa Belarusla sərhədində miqrantların ölkəyə daxil olmaq cəhdlərinin qarşısını aldığını bildirir.
Yeniavaz.com
“RİA Novosti”yə istinadla xəbər verir ki, sözügedən hadisə ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə yüzlərlə insanın tikanlı sərhəd hasarının yaxınlığında olduğu və bəzilərinin zorla keçməyə çalışdığı əks olunub. İddialara görə, miqrantlar Polşadan qovulduqca  meşələrə sığınırlar. Onlardan bir neçəsi hipotermiyadan ölüb.
Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi Belarusla sərhəddə miqrantlarla bağlı vəziyyətdə əli olan bütün fiziki və hüquqi şəxslərə qarşı dərhal sanksiyaların tətbiqinə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top