Qarabağdan çıxan ermənilər İrəvanda etiraz edirlər


Qarabağda 44 günlük müharibə zamanı evlərini itirən keçmiş Şuşa və Hadurt sakinləri İrəvanda hökumət binası qarşısına toplaşıblar.
Yeniavaz.com
xəbər verir ki, aksiya iştirakçıları sosial müavinətlərin azaldılmasına etiraz etməklə yanaşı, onlara qaçqın statusunun verilməsini də tələb ediblər.
“Şuşadən köçən erməni əhali” ictimai təşkilatının üzvü Aşot Arutyunyan qeyd edib ki, hakimiyyət 1988-ci ildəki səhvi təkrarlayır. O, höküməti İrəvan ətrafında qaçqınlar şəhərciyinin salınmasına çağırır. Arutyunyanın sözlərinə görə, onları üç il müddətinə mənzillə təmin edə biləcəklərinə inandırırlar.
Arutyunyan həmçinin onlara qaçqın statusunun verilməməsindən də bəhs edib.
“Beynəlxalq strukturlara müraciət etdikdə bizdən soruşduqları ilk şey, hökumətimizin bizi qaçqın kimi tanıyıb-tanımaması olur”.

DİGƏR XƏBƏRLƏR

Top