Cəbhəçilər Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR


Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi 8 noyabr - Zəfər Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə partiyanın sədri Əli Kərimli sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, hər iki Qarabağ müharibəsində canından keçən şəhidlərlə yanaşı, 20 Yanvar şəhidləri də hörmətlə anılıb, ailələrinə baş sağlığı verilib:

“AXCP rəhbərliyi olaraq şəhidlərimizin bugünkü ziyarətini general, Milli Qəhrəmanımız Polad Həşimovun məzarını ziyarətlə başladıq. 2-ci Şəhidlər xiyabanında uyuyan İkinci Qarabağ savaşının yüzlərlə igid şəhidinin məzarını ziyarət etdik, xatirələrini hörmətlə andıq. Şəhid valideynlərinə başsağlığı verdik. Sonra Şəhidlər Xiyabanına getdik, 20 Yanvar şəhidlərini, Birinci Qarabağ savaşının şəhidlərini ziyarət etdik. Milli Qəhrəman, AXC Şuşa batalyonunun komandiri Ramiz Qəmbərin məzarını ziyarət etdik. Ramiz Qəmbər öz yenilməz batalyonu ilə (batalyon Şuşanı müdafiə edərkən 158 nəfər şəhid vermişdi) Şuşanı son nəfəsinə qədər müdafiə etmişdi. İgid hərbçilərimiz bir il öncə Şuşanı azad etməklə Ramiz Qəmbərin və Birinci Qarabağ savaşının on minlərlə şəhidinin də ruhunu şad etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin!”


DİGƏR XƏBƏRLƏR

Top