“Polis vətəndaşın cəzalandırılmasında maraqlı deyil”


“Bütün hallarda vətəndaş öz üzərinə düşən vəzifələri həyata keçirməli, qayda və tələblərə ciddi əməl etməli, özünü və digər şəxsləri qorumalıdır”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Xəzər televiziyasının "Səhər Mərkəzi" adlı verilişində deyib. O həmçinin bildirib ki, insanlar cəmiyyətdə baş verən ictimai təhlükəli əməllərə duyarsız qalmamalıdır:
 “Xalqımız ictimai təhlükəli hadisələr barədə hər zaman dövləti və polisi məlumatlandırmalıdır. Açıq şəkildə burdan bəyan edirəm ki, dövlət və polis heç bir halda vətəndaşın cəzalandırılmasında, məsuliyyətə cəlb edilməsində maraqlı deyil. Həmin adamlar cəmiyyət üçün təhlükəli olduqlarına görə cəzalandırılır. Bu adamlar cəmiyyətdən təmizlənməlidir. Övladlarımızın, dövlətimizin gələcəyi xatirinə hamımız birlikdə bu iş üçün səfərbər olmalıyıq”.

DİGƏR XƏBƏRLƏR

Top