Amerikanın məşhur “New York Times” qəzeti öz instaqram hesabında "Nizami" metrostansiyasının fotosunu paylaşıb.
Yeniavaz.com xəbər verir ki, fotonun müəllifi Frenk Herfort 2014-2020-ci illər arasında 19 şəhəri ziyarət edərək sovet dövründə tikilən 770-dən çox metrostansiyanı görüntüyə alıb. Müəllif bildirib ki, onun əsas məqsədi metroların tam arxivini yaratmaqdır:
“Mən bir neçə şəhərdə oldum və onların metrostansiyalarını görüntüyə aldım. Həmin metrolar rəsmi olaraq Sovet İttifaqına aid edilməsə də, onlar sovet dövründə tikilib və ya sovet memarları tərəfindən inşa edilib”.
Qeyd edək ki, “New York Times” "Nizami" metro stansiyası ilə yanaşı, digər ölkələrin stansiyalarında çəkilmiş fotoları da paylaşıb.