Ukrayna Baş nazirinin müavini istefaya göndərildi


Ukrayna baş nazirin müavini Aleksey
Reznikov Ali Rada tərəfindən tutduğu vəzifədən azad edilib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki,  Ukraynanın müvəqqəti işğal altında olan ərazilərinin inteqrasiya məsələləri üzrə naziri olan Reznikovla bağlı parlamentdə səsvermə keçirilib. Səsvermə zamanı 329 millət vəkili Reznikovun vəzifəsindən azad edilməsinin lehinə səs verib.
Nazirlər Kabinetinin qanunverici orqanının üzvü Taras Melniçuk bildirib ki, Reznikov könüllü olaraq istefa ərizəsi verib.
Daha sonra,“Çenzor.net” nəşrinin baş redaktoru Yuriy Butusov qeyd edib ki, Ukrayna Prezidenti ölkənin müdafiə naziri vəzifəsinə namizədi razılaşdırıb və sözügedən şəxs Aleksey Reznikovdur.
Qeyd edək ki, Ukraynanın müdafiə naziri Andrey Taran noyabrın 2-si istefa verib.

DİGƏR XƏBƏRLƏR

Top