Rusiya bu sahədə atom enerjisindən istifadəni məsləhət gördü


Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenziya iqlim dəyişikliyi ilə mübarizə üçün atom enerjisindən istifadə etməyi təklif edib.
Yeniavaz.com
xəbər verir ki, Nebenziya bu sözləri BMT Baş Qərargahında mətbuat konfransında çıxışı zamanı deyib.
O, təmiz enerjinin də inkişaf etdirilməsi lazım olduğunu və atom enerjisinin düzgün və təhlükəsiz şəkildə idarə edildiyi təqdirdə iqlim dəyişikliyi ilə mübarizədə istifadə edilə biləcəyini ifadə edib.
Vasili Nebenziya Rusiya prezidenti Vladimir Putinin oktyabrın 31-dən noyabrın 12-dək Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 26-cı Konfransında iştirak etməyəcəyini də bəyan edib.
 

DİGƏR XƏBƏRLƏR

Top