Xaricdən gətirilən malların gömrük ödənişi artıb? - Rəsmi açıqlama


Dövlət Gömrük Komitəsi xaricdən gətirilən avtomobillərin və mobil telefonların dövlət rüsumunun artırılacağı haqda məlumatlara münasibət bildirib. 
Yeniavaz.com DGK-nın yaydığı açıqlamanı təqdim edir:
“Bəzi sosial şəbəkə istifadəçiləri xaricdən gətirilən avtomobillərin və mobil telefonların qeydiyyatı zamanı  tələb olunan dövlət rüsumunun artımını gömrük ödənişlərinin artırılması kimi qələmə verir.  
Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük ödənişlərində hər hansı artım yoxdur və qeyd olunan məsələ gömrük orqanlarının fəaliyyət sahəsinə aid deyil”.

DİGƏR XƏBƏRLƏR

Top