Qaribaşvili Saakaşvilidən danışdı: "Hər kəsin intihar etmək hüququ var"


“Gürcüstan hakimiyyəti aclıq aksiyası keçirən eks-prezident Mixail Saakaşvilini həbsxanadan özəl klinikaya köçürməkdən imtina edir, çünki onlar tibb müəssisəsindəki iğtişaşlardan ehtiyat edirlər”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri “İmedi” telekanalına müsahibəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.
Qaribaşvili iddia edir ki, “təhlükəsizlik şəraiti olmayan” mülki sektor xəstəxanasına yerləşdirilmə Saakaşvilinin planının bir hissəsidir.
O, eks-prezidentin aclıq aksiyasına da münasibət bildirərkən deyib ki, “Hər bir insanın intihar etmək hüququ var və buna görə dövlət məsuliyyət daşımır”.
Qeyd edək ki, oktyabrın 1-də Gürcüstanda saxlanılan M.Saakaşvili 29 gündür aclıq aksiyası keçirir.

DİGƏR XƏBƏRLƏR

Top