Rusiya sərhədçiləri Ermənistanda qəzaya düşdü - Ölən və yaralananlar var


Ermənistanın Ararat rayonunda Rusiya sərhəd qoşunlarına məxsus yük maşını aşıb və dərəyə yuvarlanıb, nəticədə 1 rus hərbçisi ölüb. 
Yeniavaz.com
"Sputnik Armenia"ya istinadən xəbər verir ki, hadisə İrəvan-Yerasx-Meqri avtomobil yolunun 80-ci kilometrliyində, Tiqranaşen kəndi yaxınlığında baş verib. Yük maşınının naməlum səbəbdən yolun hərəkət hissəsindən çıxaraq təxminən 150 metr hündürlükdən dərəyə düşdüyü bildirilir. Qəza nəticəsində 1 nəfər yerindəcə ölüb, yaralılar isə xəstəxanaya yerləşdirilib. 
Polis sürücünün, ölənlərin və yaralananların kimliyini müəyyənləşdirir. 

DİGƏR XƏBƏRLƏR

Top