Hindistan ABŞ-dan aldığı yeni silahları Çinlə sərhədə yerləşdirdi


Hindistan bu yaxınlarda ABŞ-dan əldə etdiyi silah sistemlərini, o cümlədən helikopterləri və artilleriya qurğularını Çinlə sərhədinə yerləşdirib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə "The Economic Times" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, həmin əraziyə "Chinook" helikopterləri, ultra yüngül ən yeni "M-777" 155 mm haubitsaları, eləcə də Hindistan ordusunun istifadəsi üçün Amerika istehsalı olan ən son model "SIG Sauer 716" avtomatları yerləşdirilib. 
Məsələ ilə bağlı Hindistan Silahlı Qüvvələrinin Şərq Komandanlığının baş komandanı, general-leytenant Manoj Pande məlumat verib. O bildirib ki, burada dağ şok korpusu tam fəaliyyət göstərir və bütün bölmələr, o cümlədən döyüş və dəstək bölmələri tam hazır və təchiz olunub. 
Qeyd edək ki, ötən əsrin ortalarından bəri Hindistan və Çin arasında təxminən 60 min kvadrat kilometr əraziyə sahiblənmək üstündə mübahisə yaranıb. 1962-ci ilin payızında bu mübahisə Hindistan və ÇXR arasında sərhəd müharibəsinə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top