Təbrizdə həbs olunan gənc fəal təzyiqlərə məruz qalır


Cənubi azərbaycanlı Əkbər Nəimi Azərbaycan uğrunda fəaliyyətinə görə İranda ağır həbs cəzasına məhkum edilib.
Yeniavaz.com “Güney Azərbaycan Demokratik Türk Birliyi”nə istinadən xəbər verir ki, Nəimi həbs cəzasından əlavə, təzyiqlərə də məruz qalır.
Qeyd olunub ki, buna səbəb Nəiminin ona qarşı irəli sürülən ittihamlarla razılaşmaması və peşman olması barədə ərizə yazmamasıdır. Artıq siyasi məhbus telefon danışığı hüququndan da məhrum edilib.
Azərbaycanlı fəal həbs olunmasından 5 ay keçməsinə baxmayaraq hələ də məzuniyyətə buraxılmayıb.
Qeyd edək ki, Güney Azərbaycanın Xoy şəhərindən olan fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə həbs edilərək Tehranın Evin zindanına köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Top