Azərbaycan Ordusu Hərbi Güc Reytinqində irəlilədi - SİYAHI


2021-ci il üçün dünya ölkələrinin ordularının gücünün müəyyənləşdirildiyi siyahı dərc olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Global Firepower" hesabat yayımlayıb. Azərbaycan ötən illə müqayisədə hesabatda 1 pillə irəliləyib. Hazırda Azərbaycan Ordusu 140 ölkə arasında 63-cü yerdə qərarlaşıb. 
Hesabatda hərbi güc, maliyyə imkanlarından tutmuş maddi-texniki bazanın təminatına və coğrafiyaya qədər müxtəlif kateqoriyalar nəzərə alınıb. Ümumilikdə isə hesabat 50 fərdi faktor əsasında hazırlanıb. 
Hesabatda ABŞ, Rusiya, Çin ilk 3 yeri bölüşdürüb. Bunun ardından Hindistan, Yaponiya, Cənubi Koreya, Fransa, Böyük Britaniya, Braziliya və Pakistan ilk onluğu bağlayıb. Türkiyə 11-ci yerdə qərarlaşıb. 
Region ölkələrinin 140 ölkə arasındakı mövqeyi bu cür olub:
Rusiya - 2-ci
Türkiyə - 11-ci
İran - 14-cü
Ukrayna - 25-ci
Belarus - 50-ci
Özbəkistan - 51-ci
Qazaxıstan 61-ci
Azərbaycan - 63-cü
Türkmənistan 86-cı
Gürcüstan 92-ci
Qırğızıstan 93-cü
Tacikistan - 99-cu
Ermənistan - 100-cü
Moldova - 107-ci
Qeyd edək ki, əvvəlki siyahı ilə müqayisədə region ölkələri arasında Azərbaycan və Qazaxıstan öz mövqelərini 1 pillə yaxşılaşdırıblar. Digər ölkələrin mövqeyi dəyişməz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top