Ceyhun Məmmədov Ukrayna prezidentinin ofisində görüş keçirib - FOTOLAR


Ukrayna prezidentinin ofisində diaspor nümayəndələri ilə görüş olub.
Yeniavaz.com
xəbər verir ki, Ukraynada yaşayan etnik xalqların problemlərinin müzakirə edildiyi toplantının təşkilatçısı və sədri prezidentin Ukrayna müdafiəçilərinin hüquqları üzrə səlahiyyətli müşaviri Alyona Verbitskaya olub.
Təşəbbüs qrupunun üzvləri Ukrayna Azərbaycanlıları Radasının baş katibi Məmmədov Ceyhun, “Əfqanıstan İcması” Milli Mədəniyyət Assosiasiyasının prezidenti Conat Sobhan, Dağıstan Ağsaqqallar Şurasının nümayəndəsi Yəhyaev Şakir Yəhya oğlu, Ukraynada Qırğızıstan Birliyinin qurucusu İsmayılov Azamat, "Çeçen xalqının diasporası" QHT-nin ağsaqqallar şurasının sədri Saidumov Həmid, "Çeçen xalqının diasporası"  idarə heyətinin üzvü Amaqov Aslambek, “Ukrayna Belarusiya Evi” üzvü Makitov Yuri və “Ukrayna Yunanlar İttifaqı” QHT-nin birinci vitse-prezidenti Mikola Koretski olublar.
Ukrayna Prezidenti Ofisinin nümayəndəsi və hüquq-mühafizə və ədliyyə şurasının sədri Anatoliy Anatolieviç, Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsi Aleksandr Volodimiroviç, DİN-in Vətəndaşlıq, Pasport və Qeydiyyat Departamentinin direktoru Garnik Maria Serhivna, Konsulluq Xidməti Departamentinin direktor müavini Krisa Svitlana Anatoliivna, Daxili İşlər Nazirliyinin nümayəndəsi Botnarenko Oleksiy Mikolayoviç, Xarici İşlər Nazirliyinin nümayəndəsi Samçenko İrina Pavlivna və Ukrayna Milli Bankının nümayəndələri diaspor rəhbərləri tərəfindən qaldırılan məsələlərə operativ reaksiya veriblər.
Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavininin müşaviri, Ukrayna Müdafiəçilərinin Hüquqlarının Müdafiəsi üzrə Məşvərət Şurasının rəhbəri Alyona Verbitskaya qaldırılan bütün məsələlərin hərtərəfli araşdırılacağını bildirib.
Ukrayna Azərbaycanlıları Şurasının baş katibi Ceyhun Məmmədov toplantı iştirakçılarına təşəkkür edib. “Son vaxtlar Ukraynada vətəndaş cəmiyyətinin möhkəmlənməsi istiqamətində uğurlu layihələr həyata keçirilir.  Bu gün isə biz belə innovativ  layihələrdən birinin iştirakçısı olduq”, - deyən Məmmədov, hər kəsə uğurlar arzulayıb.
Sonda belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb və Ukrayna prezidenti Vladimir Zelenskiyə də müraciət ünvanlanıb.

DİGƏR XƏBƏRLƏR

Top