KTMT ölkələri Əfqanıstanla sərhəddə aktiv təlimlərə başladı


Tacikistanın Əfqanıstanla sərhədinin 20 kilometrliyində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Kollektiv Sürətli Reaksiya Qüvvələrinin (CRRF) "Qarşılıqlı Fəaliyyət-2021" praktik təlimləri aktiv mərhələyə keçib.
Yeniavaz.com
 "tass"a istinadla xəbər verir ki, hərbi təlimlər Tacikistanın Hərbi Hava Qüvvələrinə məxsus L-39 təyyarələrinin Harb-Maydon və Momirak təlim poliqonunda təşkil olunub. Təlimlərdə 4 min hərbçi və 500-dən çox hərbi texnika iştirak edir.
Təlimlər Mərkəzi Hərbi Dairə komandanı general-polkovnik Aleksandr Lapinin rəhbərliyi altında apraılır.

DİGƏR XƏBƏRLƏR

Top