NATO-dan Rusiya və Ukrayna ilə bağlı açıqlama


"Rusiya Ukraynanın NATO-ya daxil olmasından qorxmamalıdır".
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Yens Stoltenberq Brüsseldə ittifaq ölkələrinin müdafiə nazirlərinin iki günlük görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Stoltenberq rəsmi Moskvanın suveren bir dövlətin NATO-ya daxil olma qərarına veto qoymaq hüququnun olmadığını vurğulayıb.
Stoltenberqin sözlərinə görə, qərarı Ukrayna və 30 NATO üzvü qəbul edəcək.

DİGƏR XƏBƏRLƏR

Top