Bakıda idmançının zalda ölməsinin səbəbi bəlli oldu - FOTOLAR + YENİLƏNİB


Bakıda idman zalında məşq edən idmançının ölüm səbəbi açıqlanıb.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, zalın sahibi Ceyhun Vəliyev, idmançının meyitinin bu gün saat 13:00 radələrində zalın daxilində olan istirahət otağında tapıldığını deyib:
"Teymur Məmmədrzayev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Ekspertizanın rəyinə görə, onun epilepsiyası tutub və vəfat edib".
O qeyd edib ki, T.Məmmədrzayev yarışa hazırlaşırdı və zalda məşq edirmiş.
 

***17:32
Bakıda fitnes məşqçisi vəfat edib. 
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.
İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı.
Onun ölüm səbəbi hələlik məlum deyil.


DİGƏR XƏBƏRLƏR

Top