Polislərin süni sıxlıq yaradaraq saxladığı sürücü həbs olundu – VİDEO + YENİLƏNİB


Sürücü Sadiqov Nihat 20 sutka həbs edilib.

Bu barədə Yeniavaz.com-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.
Şöbə rəsisi həmçinin qeyd edib ki, sürücü idarə etdiyi “Volkswagen Tuareg” markalı 99-RP-760 dövlət nömrə nişanlı avtomobilini başqa bir maşına vurub: "Polisdən qaçarkən başqa bir avtomobili vurub, öz avtomobilinin güzgüzü də qırılıb".


***16:24

Bakı şəhərində Dövlət Yol Polisi əməkdaşlarının sürücünü fiziki güc tətbiq edərək saxlamasını əks etdirən görüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, kadrlarda 3 polisin qapısı açıq avtomobilin yanında bir nəfəri saxlamağa çalışması əks olunur.
Bildirilir ki, polisə tabesizlik göstərən sürücü polis tərəfindən yaradılan süni tıxacla saxlanılıb.
Həmin kadrları təqdim edirik:
Görüntülərlə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Yeniavaz.com-a bildirdi ki, məsələ araşdırılıb:
“Hadisə səhər saatlarında baş verib. Ağ rəngli “Volkswagen Tuareg” markalı 99-RP-760 dövlət nömrə nişanlı avtomobili idarə edən 1996-cı il təvəllüdlü Bakı şəhər Səbail rayon ərazisində yaşayan Sadiqov Nihat Arif oğlu Mirzağa Əliyev küçəsində piyadaların hərəkətinə yol vermədiyi üçün yol polisi tərəfindən saxlanılıb. Sürücü avtomobildən düşərək yol polisinə tələsdiyini bildirib və sözsüz ki, sənədlərin yoxlanılması ilə əlaqəli polis ondan xahiş edib. Sürücü sənədləri gətirib təqdim etmək bəhanəsi ilə yenidən avtomobilə yaxınlaşıb, sənədləri təqdim etmək əvəzinə, nəqliyyat vasitəsini hərəkətə gətirib və həmin yerdən uzaqlaşıb. Beləliklə, yol boyu kobud şəkildə yol hərəkəti qaydalarını pozub. Nişanların tələblərinə riayət etməyib. Hətta işıqforun qırmızı işığında hərəkətini davam etdirib. Eyni zamanda Neftçilər prospektinə çıxıb, Azneft istiqamətinə hərəkət edərkən yol boyu hərəkətin əksi istiqamətində hərəkət edib. Digər sürücüləri həmin yolda yolun sol hərəkət zolağından sağ hərəkət zolağına keçməyə məcbur edir. Bundan başqa Azneft dairəsində də saxlama işarəsinə əhəmiyyət vermədən  hərəkətini davam etdirən sürücünün hərəkəti videokameralar vasitəsilə qeydə alınıb. Həmin sürücünün hansı istiqamətdə getdiyi diqqətdə saxlanılıb. Sürücü Axundov adına park ətrafında yol polisi tərəfindən süni sıxlıq yaradılaraq saxlanılıb. Görüntülərdən də görünür ki, sürücü polisə tabe olmur. Sürücü ilə bağlı tərtib edilən sənədlər aidiyyatı üzrə Səbail rayon polis bölməsində araşdırılır. Hal-hazırda sənədlər artıq məhkəməyə təqdim edilib”.

DİGƏR XƏBƏRLƏR

Top