Bu ilin avqust ayında xarici ölklələrdən Azərbaycana 77 min 98 nəfər əcnəbi səfər edib.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, Azərbaycana ən çox Rusiya, Türkiyə və İran vətəndaşları səfər edib.
Rusiyadan gələn 25 min 495 nəfərin 58,9%-i və ya 15 min 17 nəfəri turizm məqsədilə səfər edib.
Türkiyədən gələn 21 min 127 nəfərin 62,9%-i və ya 13 min 289 nəfəri turizm məqsədilə səfər edib.
İrandan gələn 10 min 642 nəfərin isə yalnız 25,3%-i və ya 2 min 692 nəfəri turizm məqsədilə səfər edib.
Qeyd edək ki, Statistika Komitəsi İrandan gələnlərin böyük əksəriyyətinin (74,7%) digər məqsədlərlə Azərbaycana səfər etdiyini açıqlayıb.