Sabiq nazir Elmira Süleymanova ilə Budapeştdəki restoran xatirəsindən yazdı


Azərbaycanın Xarici İşlər naziri və Macarıstandakı səfiri vəzifələrini icra etmiş Vilayət Quliyev Azərbaycan Respublikasının sabiq İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə bağlı maraqlı xatirəsini bölüşüb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə özünün feysbuk səhifəsində yazıb və sabiq müvəkkilin Budapeştdə dəvət etdiyi restoranı bəyənməməsini misal çəkərək paytaxt Bakıdakı restoranlardan danışıb:
“Bir neçə il bundan əvvəl Ombudsman aparatının o vaxtkı  rəhbəri Elmira xanım Süleymanova Avropa İnsan Haqları müvəkkillərinin görüşündə iştirak etmək məqsədi ilə Budapeştə gəlmişdi. Toplantı başa çatandan sonra onu ən yaxşı restoranlardan birinə - Budapeştin şəhər parkında, süni termal gölün kənarında yerləşən "Robinzon"a dəvət etdim. Qapıda menecer hörmətlə qarşıladı, ayrılmış masaya qədər müşayiət etdi. Ofisiant dərhal əmrimizə müntəzir dayandı. Elmira xanım isə ətrafa göz gəzdirib bir az da rişxəndlə "Даа, очень претенциозная столовая" (bəli, çox dəbdəbəli restorandır) -dedi. 
Zarafata salıb, onu xalqın arasında olmaq üçün belə yerə gətirdiyimi dedim. İçəridən  isə bir az pərt oldum ki, qonağı mötəbər sayılan restorana dəvət edirəm, o da belə qiymət verir... Nə isə...
Son vaxtlar Bakının bir-iki  gözəl dizaynı, nəfis mətbəxi və yüksək xidmət mədəniyyəti ilə seçilən restoranında olandan sonra Elmira xanımın "Robinzon"a münasibətdə o qədər də haqsız olmadığı qənaətinə gəlmişəm... Bakı bu məsələdə liderdir!”.

DİGƏR XƏBƏRLƏR

Top