48 mindən çox vergi borcu olan şirkət 11 minlik tenderi uddu


“Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Cənub-2000” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, təmir işlərinə görə müəssisə MMC-yə 11 min 194 manat 2 qəpik ödəyəcək.
11 min 194 manat 2 qəpik dəyərində tenderin qalibi olan şirkətin nizamnamə kapitalı 10 manatdır. “Cənub-2000” MMC-nin qanuni təmsilçisi Mirzəyev Qadir Nüsrət oğludur. Şirkətin hüquqi ünvanı Masallı rayonu, Şıxlar kəndində yerləşir.
Məlumat üçün qeyd edək ki, 05.07.2010 tarixində dövlət qeydiyyatına alınan şirkətin 48 min 250 manat 1 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.

DİGƏR XƏBƏRLƏR

Top