Kəlbəcərdə bir nəfərin dünyasını dəyişdiyi hadisə yerindən GÖRÜNTÜLƏR - YENİLƏNİB


Kəlbəcərdə qaya parçalarının ekskavatorun üzərinə düşdüyü ərazidən görüntülər yayılıb.
Yeniavaz.com
"İctimai TV"ə istinadla həmin kadrları təqdim edir:


Qeyd edək ki, hadisə Zar kəndində yol çəkilişi zamanı baş verib və nəticədə bir nəfər dünyasını dəyişib.

***12:06

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb.

Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.

 

DİGƏR XƏBƏRLƏR

Top