Azərbaycanda fəaliyyət göstərən banklar 2021-ci ilin 3-cü rübü üçün maliyyə hesabatlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, maliyyə hesabatı açıqlayan banklardan yalnız “Pakistan Milli Bankı”, “Access Bank”, “Yapıkredi Bank” və “Bank Avrasiya” zərər edib.
Ən yüksək mənfəəti “Azərbaycan Beynəlxalq Bankı” əldə edib. Səhimləri dövlətə məxsus olan bu bankın 3-cü rübdəki xalis mənfəəti 197 milyon manat olub.
Özəl banklar arasında ən yüksək mənfəət “Kapital Bank”a məxsus olub. “Kapital Bank” ilin ilk 9 ayında 135,2 milyon manat xalis mənfəət əldə edib.
Digər bankların mənfəətləri (zərər) aşağıdakı kimi olub:
Banklar | Mənfəət (min manat) |
Zərər (min manat) |
||
III rüb 2021 | III rüb 2020 | III rüb 2021 | III rüb 2020 | |
“Beynəlxalq Bank” | 197 182 | 135 397 | ||
“Kapital Bank” | 135 181 | 245 650 | ||
“Paşa Bank” | 69 285 | 60 532 | ||
“Yelo Bank” | 11 367 | - | 23 193 | |
“AFB Bank” | 8 676 | 1 775 | ||
“Rabitəbank” | 6 625 | 3 844 | ||
“Express Bank” | 8 127 | 7 426 | ||
“Naxçıvan Bank” | 5 924 | 6 728 | ||
“Bank Melli İran” | 964 | 898 | ||
“Azər Türk Bank” | 729 | 89 | ||
“ASB” | 1 716 | 7 130 | ||
“BTB Bank” | 1 174 | 442 | ||
“Unibank” | 4 010 | 11 248 | ||
“Günay Bank” | 399 | 246 | ||
“Bank Avrasiya” | - | 195 | 2 798 | |
“Xalq Bank” | 14 243 | 25 940 | ||
“Ziraat Bank” | 3 899 | 1 939 | ||
“Turan Bank” | 404 | 1 414 | ||
“Premium Bank” | 6 999 | 7 650 | ||
“Muğan Bank” | 602 | - | 8 254 | |
“Bank VTB” | 3 920 | 2 585 | ||
“Access Bank” | - | 3 038 | 917 | |
“Yapıkredi Bank” | - | 1 573 | 746 | |
“Pakistan Milli Bankı” | - | - | 228,3 | 315 |
“Bank of Baku” | 16 788 | 8 612 | ||
“Bank Respublika” | 12 100 | 5 838 |
A. Cəfərov