FHN yanğınla bağlı məlumat yaydı - VİDEO + YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyi “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar məlumat yayıb. 

Yeniavaz.com xəbər verir ki, məlumatda deyilir: 

"Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Belə ki, saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyektlərində yanğın baş verib.

Yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi və yaxınlıqdakı tikililərə keçməməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək".



***09:58

Yeniavaz.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Ticarət Mərkəzində 50-yə yaxın mağaza fəaliyyət göstərir. Sahibkarların sözlərinə görə, hər mağazada 40-50 min manatlıq malları var.

 





***09:28

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb: 
"FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub".

***09:03
Bakının Nərimanov rayonunda yanğın başlayıb. 

 

Yeniavaz.com-un Qafqazinfo-ya istinadən verdiyi verdiyi məlumata görə, yanğın “Metro City” ticarət mərkəzindədir. 

Ticarət mərkəzinin içinin mallarla dolu olduğu bildirilir. Hazırda yanğının lokallaşdırılıması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyininin yanğınsöndürən maşınları cəlb edilib.

DİGƏR XƏBƏRLƏR

Top