Sumqayıtda yanğın: Bina sakinləri təxliyə edildi


Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzilin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 7 kvadratmetr sahədə və 1 ədəd plastik qapı əriyib. Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top