Lənkəran Rayon Prokurorluğu tanınmış mərhum şair Əli Nasirin qardaşı Mirtağı Nəsirovun ölümü ilə bağlı məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, məlumatda deyilir:
"Oktyabrın 12-si saat 17 radələrində Lənkəran rayonu, Şilavar kənd sakini 1959-cu il təvəllüdlü Mirtağı Nəsirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Mirtağı Nəsirov yaşadığı evin yaxınlığında olan ağacdan dəmir parçasından istifadə etməklə meyvə dərərkən həmin dəmir parçası elektrik naqilinə toxunduğu üçün elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır".
***08:39
Tanınmış mərhum şair Əli Nasirin qardaşı Mirtağı Nəsirov bədbaxt hadisə nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com Qafqazinfo-ya istinadən xəbər verir ki, M.Nəsirovu həyətində elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə Lənkəranın Şilavar kəndində baş verib.
Qeyd edək ki, 1959-cu il təvəllüdlü M.Nəsirov Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyinin idman müəllimi idi.