“Müstəqillik Günü haqqında” qanun layihəsi II oxunuşda qəbul olunub - YENİLƏNİB


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirə olunub.
Yeniavaz.com
xəbər verir ki, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
 

***11:08
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib.
Toplantıda “Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.
Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.
Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

DİGƏR XƏBƏRLƏR

Top