Yuri Romanenko: “Türkiyə, Azərbaycan, Gürcüstan və Ukrayna ittifaqı...”


"Ukrayna Gələcəyin İnstitutu" (Ukrainian Institute for the Future ) analitik mərkəzinin həmtəsisçisi, "Beynəlxalq və Daxili Siyasət" proqramının direktoru, "Dalğa" (Hvyla) analitik portalının baş redaktoru olan ukraynalı siyasətçi və bloger Yuri Romanenko Ukrayna Azərbaycanlıları Radasının qonağı olub. 
Yeniavaz.com
xəbər verir ki, ukraynalı siyasətçiyə Azərbaycanın zəfər yolu və UAR ofisində davam edən "Qarabağda Urbisid" adlı sərgi haqqında məlumat verən baş katib Ceyhun Məmmədov erməni işğalçılarının dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri diqqətə çatdırıb. «Başda Gəncə şəhəri olmaqla döyüş xəttindən onlarca kilometr aralıda yerləşən şəhərlər Ermənistan Silahlı Qüvvələri tərəfindən bombalandı. Raket zərbələri nəticəsində təkcə Gəncədə 27 nəfər dinc sakin həlak oldu, 125 nəfər isə yaralandı”, - deyən Məmmədov Azərbaycan tərəfinin isə mülki əhaliyə atəş açmadığını diqqətə çatdırıb. 
Müharəbədən sonra Qarabağı tam gəzən azsayda ekspertlərdən biri olduğunu bildirən Yuri Romanenko bildirib ki, azad olunan ərazilər Xirosimanı xatırladır. “Qarabağı gəzəndə hiss eləyirsən ki, bu torpaqlar dinc məqsədlər üçün, insanların yaşaması üçün tutulmayıb. Burada daşlar belə yağmalanıb”, - deyən siyasətçi görülən işlərin sürətinin və keyfiyyətinin çox yüksək olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasi və iqtisadi kursunun Azərbaycanı regionda söz sahibi elədiyini deyən mərkəz rəhbəri Ukraynanın Azərbaycanla əməkdaşlığı artırmasının önəmini vurğuladı. “Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna ittifaqı bölgədə iqtisadi inkişafa güclü təkan verə bilər”, - deyən mərkəz rəhbəri Türkiyənin regiondakı önəminə diqqət çəkib. 
Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması yönündə gördüyü işlərə, hazırladığı videomaterial və analizlərə görə UAR baş katibi ukraynalı siyasətçiyə təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top