Texniki Universitetin baş müəllimi vəfat edib - FOTO


Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının baş müəllimi Elxan Məmmədov vəfat edib.
Yeniavaz.com xəbər verir ki, universitetdən verilən məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.
Elxan Məmmədov 1987-ci ildən 1991-ci ilə kimi AzTU-nun Elmi-tədqiqat şöbəsində mühəndis, sonra isə böyük mühəndis vəzifəsində işləyib.
1993-cü ildən AzTU-nun müxtəlif kafedralarında baş müəllim kimi çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top