Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini barədə yayılan iddialara DİN-dən AÇIQLAMA


Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavininin işdən azad olunması ilə bağlı bəzi KİV-də yayılan xəbərlər həqiqətəuyğun deyil.

Bu sözləri Yeniavaz.com-a DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

O bildirib ki, Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Rövşən Quliyev hazırda vəzifəsindədir və onun işdən azad olunması ilə bağlı əmr yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top