Peruda baş nazir Gvido Bellidonun və onun rəhbərlik etdiyi kabinetin istefa verdiyi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Peru mətbuatı məlumat verib. Ölkə prezidenti Pedro Kastillo məlumatı təsdiqləyərək, yeni hökumətin and içəcəyini bildirib. O, əvvəlki baş nazirə xidmətlərinə görə, təşəkkür edib.
Xatırladaq ki, Bellido kabineti öz vəzifəsini cəmi 2 ay davam etdirib. Ölkədəki siyasi qeyri-sabitlikdə tənqid edilən Bellido istefa ərizəsində öhdəsinə düşən bütün vəzifələri yerinə yetirdikdən istefa verdiyini bildirib. O, istefa verməzdən əvvəl təzə formalaşan kabinetin öz işini daha yaxşı yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, yeni baş nazir vəzifəsinə Mirta Vaskes təyin olunub.