Kabildəki partlayışda ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə İdgah məscidi yaxınlığında baş verən partlayış nəticəsində azı 12 nəfər ölüb, 32 nəfər yaralanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Əfqanıstan təhlükəsizlik xidmətindəki mənbəyə istinadən Qətərin "Əl -Cəzirə" telekanalı məlumat yayıb.

Qeyd edildiyi kimi, hücumun hədəfləri "Taliban" liderləri və Əfqanıstanın müvəqqəti hökumətinin nazirləri, xüsusən də Müdafiə Nazirliyinin nümayəndələri olub.


***17:10
Əfqanıstanın paytaxtı Kabildə İdgah məscidinin yaxınlığında baş verən güclü partlayış zamanı azı 8 dinc sakin həlak olub.

Bu barədə Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edilir ki, partlayış nəticəsində həmçinin 20 nəfər xəsarət alıb.
Partlayış məsciddə "Taliban" hərəkatının nümayəndəsi Zabihullah Mücahidin anası ilə vida mərasimi zamanı törədilib.
Partlayışdan sonra Kabildə ən böyük məscidlərdən birinin ərazisində "Taliban" və İŞİD-in bir qolu olan Xorasandakı İslam Dövləti yaraqlıları arasında atışma olub.

DİGƏR XƏBƏRLƏR

Top