Son sutkada neçə nəfər peyvənd olunub?


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 732 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 121 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 623 360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 778 843, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 844 517 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top