Ötən gecə koronavirusdan vəfat edən tanınmış müğənni Səyyad Əlizadə dəfn olunub.
Mərhum Füzuli rayonunun Şıxbabalı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.
***08:50
Tanınmış müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Report-a müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, sənətçinin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil veriləcək. Müğənni vəsiyyətinə görə ana və atasının məzarı yanında - Füzuli rayonunda dəfn olunacaq.
Qeyd edək ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.