Baş pediatr uşaqlar arasında virusun yayılmasının səbəblərini açıqlayıb


"Pandemiya dövründə əsasən qapalı həyat tərzi keçirdiyimiz üçün yumşalmalara gedəndə virusların artacağını gözləyirdik".
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (baş pediatr) Erkin Rəhimov deyib.
Onun sözlərinə görə, Azərbaycanda mövsümlə əlaqədar respirator virus xəstəlikləri artmağa başlayıb: "Məktəblər və bağçaların açılmasının da virusların geniş yayılmasına müəyyən təsiri olub. Valideynlər övladlarını mövsümi qripdən peyvəndlənmə ilə qoruya bilərlər. 6 aydan böyük olan uşaqlara qripə qarşı peyvənd vurmaq mümkündür. Peyvənd ilk dəfə vurulursa, iki doza bir ay ara ilə vurulmalıdır. Əgər keçən il vurulubsa, sadəcə bir doza kifayətdir. Əlavə olaraq şəxsi gigiyenə qaydalarına əməl etmək və xəstəliyə yoluxan şəxslərlə təmasdan çəkinmək lazımdır. Evdə xəstə adamlar varsa, mütləq maskadan istifadə edilməlidir".

DİGƏR XƏBƏRLƏR

Top