Jurnalist icra başçısına məxsus restoranda döyülüb? – DİN-dən AÇIQLAMA


“Kanal 13”-ün əməkdaşı Əvəz Hafizli bir qrup şəxs tərəfindən döyülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə internet kanalın direktoru Əziz Orucov məlumat yayıb. O, iddia edib ki, jurnalist Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənova məxus restoranda döyülüb və qolu sındırılıb: “Canlı yayımda çəkiliş edən Əvəz Hafizlinin sümüyündə sınıq, vətərlərində zədələnmələr var”.
Daxili İşlər Nazirliyindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən açıqlama almaq istəsək də, zənglərimiz cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top