Tələbə adı qazanan Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun qızı Aybəniz Həşimova ilk dərs günündə atasının məzarını ziyarət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.
Şəhid general-mayorun qızı A.Həşimova Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olub.
Xatırladaq ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.