Sentyabrın 23-də “Elbrus” dağına dırmaşan 5 nəfərin ölümünə görə, səyahətin təşkilatçısı saxlanıldı.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin Kabardin-Balkariya üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Agentliyin həmsöhbətinin sözlərinə görə, səyahətin təşkilatçısı saxlanılıb və sorğu-sual edilib. İstintaq Komitəsinin İstintaq Müdirliyi onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə məhkəməyə müraciət edəcək.
Xatırladaq ki, sentyabrın 23-də “Elbrus” dağına dırmaşan 5 nəfər alpinist naməlum şəkildə dünyasını dəyişmişdi. Mövzu ilə bağlı araşdırma başladılıb.