Özbəkistan-Əfqanıstan sərhədində atışma baş verib.
Yeniavaz.com "lenta.ru"ya istinadla xəbər verir ki, Özbəkistan sərhədçisi ölkəyə girmək istəyən bir narkobaronun başçılıq etdiyi əfqanıstanlı dəstə ilə atışmada dünyasını dəyişib. Özbəkistan hökumətindən verilən açıqlamada bildirilib ki, narkotacirlər ölkəyə buraxılmayıb. Hadisədən sonra bölgədə nəzarət gücləndirilib.