Rusiya Suriyada müxaliflərin olduğu şimal-qərb bölgələrinə hava hücumlarını artırdığı vaxt Türkiyədən də bölgəyə dəstək gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib. Xəbərdə deyilir ki, hava hücumu zamanı ən az 5 nəfər ölüb, 12 mülki şəxs isə yaralanıb.
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentlərinin yaxın günlərdə planlaşdırılan görüşündə yenidən Suriya ilə bağlı danışıqlar aparılacaq.