Azərbaycanın daha bir cüdoçusu Qran-pridə qızıl medal qazandı


Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə final görüşünə çıxıb.

Rəqib Gürcüstan təmsilçisi Luka Maisuradze olub. Rəqibinə qalib gələn Mehdiyev qızıl medal qazanıb.

Beləliklə, Azərbaycanın hər iki təmsilçisi Zaqreb Qran-prisində qızıl medal qazanıb. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl medala sahib olub. (report)

DİGƏR XƏBƏRLƏR

Top