"Yeni Klinika": "Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur"


Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, "Yeni Klinika"dan Report-a verilən məlumata görə, jurnalistin vəziyyəti ağır-sabitdir.
"Vəziyyətində dəyişiklik yoxdur",- xəstəxanadan bildirilib.
Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Top