Universitetlərdə şənbə günləri dərs keçilməsinə nazirlikdən münasibət


"Əgər universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halı olacaqsa, o zaman həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək".

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.O bildirib ki, şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır: “Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar”.

DİGƏR XƏBƏRLƏR

Top