Bakıda iki qardaş bıçaqlandı - Biri öldü


Bakıda qətl hadisəsi törədilib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Lökbatan qəsəbəsində iki qardaş - 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlu və 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlu mübahisə zəminində bıçaqlanıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq, beş bıçaq xəsarəti alan K.Cəfərovun həyatını xilas etmək mümkün oilmayıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top